Bəziləri elə düşünür ki, əməliyyat sisteminin köklənmələrinin dəyişdirilməsi təcrübəli istifadəçilərin işidir və yeni, təcrübəsiz işçilər bununla məşğul olmasalar yaxşıdır. Ancaq praktikada, əslində, hər şey başqa cürdür, çünki bir çox hallarda elementar (məsələn: kompüteri şəbəkəyə qoşmaq kimi) kökləmələr etmədən keçinmək, sadəcə, mümkün deyil. Windows əməliyyat sistemini və onun elementlərini kökləmək üçün Control Panel (İdarəetmə paneli) adlandırılan xüsusi vasitə vardır.Əməliyyat sisteminin müxtəlif komponentlərini kökləmək üçün İdarəetmə panelində çoxlu sayda simgələr vardır. İstifadənin rahatlığı məqsədilə Windows 7 əməliyyat sistemində onlar 8 qrupda birləşdirilib:
- Sistem və təhlükəsizlik
- Şəbəkə və İnternet
- Avadanlıqlar və səs
- Proqramlar
- İstifadəçi hesabları və ailə təhlükəsizliyi
- Görünüş və fərdiləşdirmə
- Saat, dil və bölgə
- Erişim asanlığı (Ease of Access)
2. Şəbəkə və İnternet (Network and internet). Burada qlobal İnternet şəbəkəsinə və lokal şəbəkəyə girişi idarə etmək və onlara qoşulma parametrlərini dəyişdirmək olar.
3. Avadanlıq və səs (Hardware and Sound). Bu bölümdə kompüterin siçan, printer, monitor, videokart və səs kartı da daxil olmaqla qurğularım gözdən keçirtmək və onların parametrlərini kökləmək olar. Sistemin elektrik enerjisinə qənaət parametrlərinin köklənməsi və optik disklərin avtomatik başladılması parametrlərinin dəyişdirilməsi də bu bölümə daxil edilib.
4. Proqramlar (Programs). Bu bölümün köməyi ilə quraşdırılmış proqramları, eləcə də əməliyyat sisteminin özünün bəzi komponentlərini uzaqlaşdırmaq və ya dəyişdirmək olar. Müəyyən məsələlər üçün hansı proqramların susqunluqla istifadə ediləcəyini burada seçmək və iş masasında qacetlərin (istifadəçiyə əlavə informasiya, məsələn, hava proqnozu və ya valyuta məzənnəsini verən kiçik tətbiqi proqramları) əks etdirilməsini də burada kökləmək olar.
5. İstifadəçi hesabları və ailə təhlükəsizliyi (User Accounts and Family Safety). Burada istifadəçilərin hesablarının köklənməsi, onların uzaqlaşdırılması, yeni hesabların əlavə edilməsi, eləcə də valideyn nəzarətinin quraşdırılması həyata keçirilir.
6. Görünüş və fərdiləşdirmə (Appearance and Personalization). Bu bölümdə Start menyusunun və tapşınqlar zolağının, iş masası və pəncərələrin elementlərinin xarici görünüşünün köklənməsi, eləcə də sistemin xarici görünüşünün mümkün köklənmələri həyata keçirilir.
7. Saat, dil və bölgə (Clock, Language, and Region). Tarixin, zamanın, saat qurşağının, eləcə də sistemdə istifadə olunan dilin və regional standartların quraşdırılması bu bölümdə aparılır.
8. Erişim asanlığı (Ease of Access). Bu bölüm görmə və eşitmə qüsuru olan, eləcə də hərəkət imkanları məhdud olan insanların işləməsinə yardım məqsədilə sistemin köklənməsi üçün nəzərdə tutulub.
İdarəetmə panelinin bütün qruplarına diqqətlə baxılsa, yəqin ki, bəzi komandaların bir neçə fərqli bölümdə olduğunu görmək olar. Ona görə də kateqoriyalarla işləmək həmişə əlverişli olmur, çünki hansısa kökləmənin məhz hansı bölümdə olacağını qabaqcadan sezmək asan olmur. Bu dolaşıqlıqdan çıxış İdarəetmə panelim başqa bir rejimdə — bütün elementlərin eyni zamanda bir pəncərədə göstərilməsi rejimində açmaqdar. Həmin rejimə keçmək üçün Control Panel pəncərəsinin sağ yuxarı hissəsindəki Vİew by siyahısında Small İcons və ya Large İcons variantını seçmək lazımdır.
(Ardi var)
Yorum Gönder
Fikrinizi bildirin!