İşci stolu üzərində mausun sağ düyməsi

                                                             


Sağ düymə ilə açılan menular gizli menular (context) adlanır. Gizli menuları açmaq üçün klaviaturanın context düyməsindən istifadə olunur.
Əgər, əmrin qarşısında ox işarəsi olarsa bu ona aid gizli bir menunun olduğunu göstərir.



I. View – görünüş.

Large icons – böyük elementlər.
Medium icons – orta elementlər.
Small icons – balaca, kiçik elementlər.
Bu komandaları seçməklə işçi stolda yerləşən elementlərin ölçüsünü böyük, orta və ya kiçik olaraq dəyişə bilərik.
Auto Arrange – avtomatik düzülüş.
Qeyd : Əgər bu komanda aktiv olarsa elementləri bir yerdən başqa bir yerə daşımaq olmur. Daşımaq üçün bu komanda qeyri aktiv olmalıdır. (Komanda üzərində sol düyməni bir dəfə vurduqda aktiv olur).
Align icons to Grid – elementlərin şaquli və üfiqi istiqamətdə bir xətt üzrə düzülməsini təmin edir. Aktiv olduqda elementlər arasındakı məsafə standart olur.
Show Desktop Icons – işçi stol üzərindəki elementləri göstərmək. Bu komanda aktiv olduqda işçi stol üzərindəki standart və qeyri standart elementlər görünür.
Show desktop gadgets – işçi stol üzərindəki əlavə olunmuş mini proqramları görüntüyə gətirir. Aktiv olduqda işçi stol üzərində saat, təqvim bölümü və s. görünür.
Elementlərin aşağıdakı növlərinə əsasən düzülüşləri var:


II. Sort by – növ, düzülüş.




1. Name – adına görə
2. Size – ölçüsünə görə
3. Type – növünə görə
4. Date Modified – yaranma tarixinə görə.

III. Refresh F5 – yeniləmək.
IV. Paste Ctrl +V – yapışdırmaq.
V. Paste Shortcut – qısa yollunu yapışdırmaq.
QEYD : Paste və Paste Shortcut komandalarının aktiv olması üçün hər hansıbir məlumat üzərində sağ düymə Cut (kəsmək) və ya Copy (kopyalamq) komandalarından birini seçməliyik.
VI. Next desktop background – işçi stolun axrafonundakı şəkilləri dəyişir.
VII. New – yeni. Yeni bir sənəd və ya qovluq yaratmaq üçün bu komandan istifadə edilir.
VIII. Screen resulation – ekranın istiqaməti. Bu komandanın köməyi ilə ekranı yaxınlaşdırıb uzaqlaşdırmağımız mümkündür. Həmçinin ekranın istiqamətini Screen resulation → Orientation (istiqamət) bölümündən dəyişə bilərik.
IX. Gadgets – qurğular. Saat, Təqvim və s. kimi bölümləri ativ etməklə işçi stolda yerləşdirə bilərik.

paylaşım və yorumlar

Fikrinizi bildirin!

Daha yeni Daha eski