Ən Populyar 14 Proqramlaşdırma dili


 Dördüncü sənaye inqilabı (Industry 4.0), Əşyaların İnterneti (IoT), Virtual Reallıq (VR), Genişlənən Reallıq (AR) və bunun kimi digər terminlər son bir neçə ildə populyarlaşan və həyatımıza daxil olan terminlərdir. Əvvəllər “bununla proqramistlər maraqlanır və ya bunu ancaq kompüter mühəndisi edə bilər” dediyimiz şeyləri müəyyən səviyyədə kodlaşdırma dillərini öyrənən hər kəs dünən çətin gələn şeyləri artıq asanlıqla edə bilər. Bu halda istəyinizə və ehtiyacınıza görə tapa biləcəyiniz kodlaşdırma dillərinin sayı çoxdur. İş tapmaq məsələsində də kodlaşdırma bacarığı olduqca böyük bir üstünlük verir.

Gəlin birlikdə 100 000 proqramistə görə, ən populyar proqramlaşdırma dillərinə baxaq:

1) Javascript: Oxşar adlara sahib olmağına baxmayaraq, “Javascript”in əslində “Java” ilə əlaqəsi yoxdur. Developerlərin veb-saytlarda interaktiv elementlər yaratmasına imkan verdiyinə görə, veb-dəki ən geniş yayılmış dillərdən biri olmasına və dünyanın ən populyar dillərindən birinin yaranmasına imkan verdi.

2) HTML: Texniki cəhətdən bir proqramlaşdırma dili deyil. HTML brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir.

3) CSS: Açıqlaması Azərbaycan dilində “Stilin kaskad cədvəlləri” olan “Cascading Style Sheets”  və ya CSS veb saytların təsviri və tərtibatı üçün geniş istifadə edilən proqramlaşdırma dilidir.

4) SQL: “Sequel” olaraq tələffüz edilən SQL strukturlaşdırılmış sorğu dili anlamına gəlir. Verilənlər bazasına daxil olaraq və bunları idarə edərək böyük miqdarda məlumat (data) ilə işləməyinizə imkan verir. Çox vaxtı PHP kimi başqa bir dil ilə birlikdə istifadə edilir.

5) Java: Java 1991-ci ildə “Sun Microsystems” tərəfindən interaktiv televiziya sistemləri üçün proqramlaşdırma dili olaraq ixtira edildi. “Sun”ı alandan bəri “Oracle” Java-nı bir güc mərkəzinə çevirdi. Bu proqramlaşdırma dili Android tətbiqlərinin yaradılmasının ən çox istifadə olunan dildir.

6) Bash / Shell: Əslində “Bash” tam olaraq proqramlaşdırma dili deyil. “Bash” istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Məsələn, bir bash/shell əmri əməliyyat sistemi hər işlədiləndə hər “.bmp” sənədini “.jpg”yə çevirə bilir.

7) Pyhton: Python-nun tarixi 1989-cu ilə gedib çıxır və son dərəcə oxunaqlı bir kod strukturu olduğu üçün insanlar tərəfindən də olduqca çox sevilir. Bir çox proqramist kodlaşdırmağa başlamaq üçün bu dilin ən asan dil olduğuna inanır.

8) C#: “C-Sharp” olaraq tələffüz edilən bu dil “Microsoft” tərəfindən yaradılmışdır. Populyar rəqibi “Java” kimi bir proqramistlər kütləsi tərəfindən istifadə edilməkdədir.

9) PHP: Məlumat çoxluğu bol olan veb saytlar və tətbiqlərdə istifadə edilir. Ən bəsit misal kimi WordPress və Facebook-a belə güc verir. Ancaq, bir çox proqramist qarmaqarışıq strukturuna görə “PHP”yə nifrət edir.

10) C++: C proqramlaşdırma dilinin bir qoludur. 1983-cü ildə yaradılan bu dil “C” kimi sürətli olduğu üçün real zamanlı proqramlaşdırma, oyun proqramlaşdırmasında istifadə edilir. Eyni zamanda sistem proqramlaşdırmasında əsas dillərdən biridir. Mürəkkəb bir dil hesab olduğuna görə yeni nəsil C dilllərinin – Java və C# – meydana çıxmasındakı səbəblərdən biridir.

11) C: 1970-ci illərin əvvəllərində yaradılmış bu proqramlaşdırma dili bir çox digər proqramlaşdırma dillərinin yaranmasına və inkişafına təkan vermişdir. Proqramlaşdırma dilinin əfsanəvi və hələ də geniş istifadə olunan “C Proqramlaşdırma” adlı kitab ilk dəfə 1978-ci ildə dərc edildi.

12) Typescript: Proqramlaşdırma dili standartlarına görə olduqca yeni olan bu proqramlaşdırma dili 2012-ci ildə Mircrosoft tərəfindən yaradılmışdır. Populyar JavaScript ilə əlaqəli və böyük tətbiqləri işlətmək üçün yaradılmışdır.

13) Ruby: Ruby oxunması və yazılması rahat olduğu üçün günümüzdə də populyarlıq qazanmaqda davam edir. Dilin rəsmi şüarı isə: “Proqramistin ən yaxşı dostu”.

14) Swift: “Apple” tərəfindən 2014-cü ildə bazara təqdim edildi. Son illərdə olduqca populyar olan “Swift” Lyft kimi bir çox populyar iPhone tətbiqlərinin yaradılmasında da istifadə edilir.

paylaşım və yorumlar

Fikrinizi bildirin!

Daha yeni Daha eski