Python dili

 

Nəyə Görə Python?
Wikipedia-dan əldə olunan məlumata görə keçmişdən bu yana 698 müxtəlif proqramlaşdırma dili mövcuddur. Bu proqramlaşdırma dillərindən təxminən 100-ü həyatdadır və yaşayır. Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə isə hazırda dünya üzrə populyar olan 20 proqramlaşdırma dili mövcuddur. Haqqında bəhs edəcəyim bunlardan biri olan və ilk onluqda yer alan Python dilidir.

Python, 1991–1996 illərində Amsterdam’da Guido Van Rossum tərəfindən yaradılmış bir programlama dilidir. Az bilinən bir informasyadan biri də Python adını Piton ilanından deyil, Rossum’un çox sevdiyi MonthyPython adlı komediya qrupunun sərgilədiyi şoudan almışdır. Bu gün Google, Yahoo! kimi şirkətlər bu proqramlaşdırma dilindən istifadə edən proqram təminatçılarına xüsusi maraq göstərir.

Image for post

Phyonu fərqli edən xüsusiyyətlər nələrdir?

  • Sadə dildir, buna görə öyrənmək daha asandır.
  • Python Sağlam, Aktiv və Dəstəkləyici birliyə sahibdir, ki hər bir OpenSource layihə yalnızca dəstəkçilərinin nə qədər həvəsli, və çox olmasından asılı olaraq inkişaf edə bilir
  • Digərlərindən daha sürətli olduğu üçün vaxt itirmisən.
  • Əlavə bir compilera ehtiyac yoxdur.
  • Daha səliqəli kod ardıcıllığına malikdir.
  • İnsanların asanlıqla oxuyub və başa düşə bilir.
  • Python’un möhtəşəm kitabxanaları və framework-ləri var. Elmi hesablamalar üçün NumPy və SciPy -dan web development üçün Django-ya kimi.

Yeni başlayanlar üçün Python öyrənmək və istifadə etmək inanılmaz dərəcədə asandır. Əslində, mövcud olan ən əlçatan proqramlaşdırma dillərindən biridir. Bunun bir hissəsi təbii dilə əsaslanan sadələşdirilmiş sintaksi, bir hissəsi isə Python kodunu yaza və onu daha sürətli yerinə yetirə bildiyiniz üçündür. Unix, Linux, Mac, Windows, Amiga, Symbian kimi bir çox əməliyyat sistemi ilə uyğun gəlir. Bu platformalarda şəbəkə və interfeys proqramlaşdırma, tətbiqi və verilənlər bazası proqram təminatı kimi bir çox fərqli sahədə istifadə edilə bilər. Çox böyük bir proqramın ardıcıl olaraq proqramlaşdırılması lazım olduqda, C və ya C ++ kimi dillərdən daha faydalıdır.

Python ən çox harada istifadə olunur?

  • Elm və texnologiya sənayesi
  • Beynəlxalq alanda
  • Hərbi müdafiə
  • Unitar hesablamalar
  • Game Development
  • System Administratorluğu

Bu gün dünyada Python dili gündən günə populyarlaşır və inkişaf edir. Hazırda pulsuz yayılan Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Orta məktəblərdə bu dilin tədrisi xüsusi əhəmiyyət kəsb edir. Bu dilin sintaksisi o qədər sadədir ki, onu çox rahat şəkildə öyrənmək və tətbiq etmək olur.

Image for post

Python istifadə edən bəzi tanınmış şirkətlər:

  • Zope
  • YouTube
  • BitTorrent
  • NASA
  • CERN
  • Google

Python ilə Hello World

Image for post

Hər hansı bir proqramlaşdırma dilinə başladıqda adi bir şeyə çevrilən “Hello World” yazısını Python ilə ekrana yazdıraq.

Image for post

paylaşım və yorumlar

Fikrinizi bildirin!

Daha yeni Daha eski